"Münasib vaxtda danışıqlar masasına əyləşəcək və hər şeyi müzakirə edəcəyik"
“Bayern”in baş direktoru Yan-Kristian Drezen komandanın vingeri Maykl Olise ilə müqavilənin müddətinin uzadılması perspektivi barədə danışıb.
Sportline.az xəbər verir ki, klub rəsmisi münasib vaxtda danışıqlar masasına əyləşəcəklərini bildirib:
“Olisenin klubla müqaviləsinin müddəti 2029-cu ilə qədər qüvvədədir. Münasib vaxtda danışıqlar masasına əyləşəcək və hər şeyi müzakirə edəcəyik”.
Münhen təmsilçisi daha əvvəl “qızıl top”un sahibi Harri Keynlə əməkdaşlığın müddətini uzadıb.
24 yaşlı Olise 2024-cü ilin iyulundan “Bayern”də çıxış edir. “Transfermarkt” portalı fransalı vingerin bazar dəyərini 180 milyon avro qiymətləndirir.