“Yuventus”un müdafiəçisi “Mançester Yunayted”ə keçə bilər
“Yuventus”un müdafiəçisi Andrea Kambiaso karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “Mançester Yunayted”in nümayəndələri 26 yaşlı futbolçunun çıxışını yaxından izləyirlər.
Daha əvvəl “Barselona”nın da Kambiasonun transferində maraqlı olduğu bildirilmişdi.
İtaliyalı müdafiəçi 2022-ci ilin yayından “Yuventus”da çıxış edir. Onun Turin təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu il iyunun sonuna qədərdir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 15 milyon avro qiymətləndirir.