"Renn”in müdafiəçisi diqqət mərkəzindədir

“Renn”in müdafiəçisi Mahamadu Naqida Avropanın üç tanınmış klubunun maraq dairəsinə düşüb.

Sportline.az xəbər verir ki, “Mançester Yunayted”, “Yuventus” və Dortmund “Borussiya”sı kamerunlu futbolçunun çıxışını yaxından izləyir. Klubların skautları oyunçunun fiziki göstəricilərini və hücum potensialını bəyəniblər.

Naqida 2024-cü ilin yayından “Renn”də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.