Fransalı müdafiəçi Avropa nəhənglərinin hədəfindədir

“Leyptsiq”in müdafiəçisi Kastello Lukeba Avropanın bir sıra top-klublarının transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, “Mançester Yunayted”, “Çelsi”, “Liverpul”, “Barselona” və “Bayern” 23 yaşlı futbolçunun xidmətində maraqlıdır. Qarşıdakı transfer pəncərəsində onun uğrunda ciddi rəqabətin yaşanacağı gözlənilir.

Lukeba 2023-cü ilin avqustundan Almaniya klubunda çıxış edir. Müdafiəçinin hazırkı müqaviləsinin müddəti 2029-cu il iyunun sonuna qədərdir. “Transfermarkt” portalı fransalı futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.