“Leyptsiq”in futbolçusu 5 klubun hədəfindədir

“Leyptsiq”in futbolçusu Antonio Nusa İngiltərənin bir neçə klubunun diqqətini çəkib.

Sportline.az xəbər verir ki, “Arsenal”, “Tottenhem”, “Nyukasl”, “Aston Villa” və “Kristal Pelas” 21 yaşlı cinah oyunçusunun çıxışını yaxından izləyir və onun transfer imkanlarını dəyərləndirir.

Nusanın “Leyptsiq”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir. “Transfermarkt” portalı oyunçunun bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirir.