"Barselona"nın çempionluq ehtimalı hamıdan yüksəkdir
“Opta” superkompüteri İspaniya La Liqasında 12 turdan sonra çempionluğa iddialı komandaların şansını hesablayıb.
Sportline.az xəbər verir ki, hesablamalara əsasən, mövsümün sonunda çempion olmaq ehtimalı ən yüksək olan komanda “Barselona”dır. Kataloniya klubunun çempionluq şansı 64,3 faiz qiymətləndirilib.
2-ci pillədə yer alan “Real”ın isə çempionluq ehtimalı 31,6 faizdir. İlk üçlüyü 4 faizlə “Atletiko” tamamlayır.
Hazırda turnir cədvəlinə 33 xalla “Barselona” başçılıq edir. “Real” 30 xalla 2-ci, “Atletiko” isə 28 xalla 3-cü yerdədir.
”Barselona” “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar arasında oyun 25 noyabrda, Bakıda keçiriləcək.