Qavi gələcəyi ilə bağlı qərar verib

“Barselona”nın yarımmüdafiəçisi Qavi əsas heyətdəki yerini itirməsinə baxmayaraq, klubdan ayrılmaq niyyətində deyil.

Sportline.az xəbər verir ki, 22 yaşlı futbolçunun daimi olaraq start heyətində yer almaması onun gələcəyi ilə bağlı müzakirələrə səbəb olub. Hətta yarımmüdafiəçinin 2027-ci ildə komandadan ayrıla biləcəyi də iddia edilir. Lakin Qavi heç bir halda transfer variantlarını nəzərdən keçirmək istəmədiyini bildirib. O, öz gələcəyini yalnız “Barselona”da görür və komandada daha çox oynamaq üçün mübarizə aparmağa hazırdır.

Qavinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər qüvvədədir. 

“Barselona” “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar arasında oyun 25 noyabrda, Bakıda olacaq.