“Mançester Yunayted” 3 namizəd arasında seçim edir
“Mançester Yunayted” bu yaxınlarda baş məşqçi Maykl Karriklə yollarını ayırmağa hazırlaşır.
Sportline.az xəbər verir ki, İngiltərə klubunun rəhbərliyinin artıq yeni baş məşqçi axtarışında son mərhələyə keçdiyi bildirilir. Klub üç namizəd arasında seçim edir. Hazırda Mauirisio Poçettinonun təyinatı hazırda daha real görünür. Bununla yanaşı, “Mançester Yunayted” rəhbərliyində Eddi Hou və Yulian Naqelsmannın da namizədliyini dəstəkləyənlər var. Hər iki mütəxəssisin adı daha əvvəl də klubla hallanıb.
Poçettino hazırda ABŞ millisinə rəhbərlik edir. Lakin onun müqaviləsindəki xüsusi bənd sayəsində, təklif alacağı təqdirdə, klubda işləməsinin mümkün olduğu bildirilir. Hou və Naqelsmann isə yaydan bəri işsizdir.