Noyer mövsümün sonunda karyerasını bitirə bilər
“Bayern”in qapıçısı Manuel Noyerin bu mövsümün sonunda futbolçu karyerasını başa vuracağı gözlənilir.
Sportline.az xəbər verir ki, Münhen klubunda 40 yaşlı futbolçunun mövsüm başa çatdıqdan sonra karyerasını bitirəcəyinə əminlik var. Artıq qolkiper üçün vida oyununun da hazırlanması planlaşdırılır.
Bununla yanaşı, zədəsini sağaldan Noyerin əsas heyətə qayıdacağı və mövsümün sonuna qədər komandanın birinci qapıçısı statusunu qoruyacağı bildirilir.
Noyerin “Bayern”lə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarında başa çatacaq. Münhen klubu hazırda Bundesliqada Dortmund “Borussiya”sı ilə eyni xala (21) malikdir və turnir cədvəlinin ilk pilləsini bölüşür.