Raul İspaniya klubuna baş məşqçi oldu

İspaniyanın “Oviedo” klubu Raul Qonsalesi baş məşqçi təyin edib.

Sportline.az xəbər verir ki, 49 yaşlı mütəxəssislə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb. O, bu vəzifədə Xulian Fernandes Kaleronu əvəzləyib.

Qeyd edək ki, Raul 1994-2010-cu illərdə “Real”da çıxış edib. Madrid klubunun heyətində 741 oyunda 323 qol vurub.