Türkiyə Belçikaya qarşı

UEFA Millətlər Liqasında 5-ci tura start verilir.

Sportline.az xəbər verir ki, Türkiyə millisi İzmirdə Belçika seçməsi ilə qarşılaşacaq. Bu görüş Sergen Yalçının millinin baş məşqçisi kimi debüt oyunu olacaq. “Ay-ulduzlular”ın hələki qrupda xalı yoxdur. “Belçika” millisi 6 xalla 3-cü pillədə qərarlaşıb.

Heyətlərə nəzər saldıqda meydan sahiblərində Abdülkerim Bardakçı, Ümit Akdağ və Aral Şimşir cəzalıdır. Mark van Bommelin komandasında yeganə itki Romeo Lavianın adı ilə bağlıdır. Türkiyə - Belçika görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.