Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turuna start veriləcək.
Sportline.az xəbər verir ki, ilk gündə A və C Liqalarında ümumilikdə 8 matç keçiriləcək.
Türkiyə evdə Belçika ilə qarşılaşacaq. Fransa İtaliyanın qonağı olacaq. Günün ən maraqla gözlənilən matçları 3-cü qrupda keçiriləcək. Çexiya doğma meydanda İspaniya ilə üz-üzə gələcək. Bu qrupun digər oyununda Xorvatiya İngiltərənin qonağı olacaq.
12 noyabr
A Liqası
1-ci qrup
21:00. Türkiyə - Belçika
23:45. İtaliya - Fransa

3-cü qrup
23:45. Çexiya - İspaniya
23:45. İngiltərə - Xorvatiya

C Liqası
1-ci qrup
23:45. Albaniya - Finlandiya
23:45. San Marino - Belarus

2-ci qrup
21:00. Ermənistan - Kipr
23:45. Monteneqro - Latviya
