“Mançester Yunayted”in maraq dairəsinə düşüb
Zaqreb “Dinamo”sunun hücumçusu Dion Drena Belo “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
Sportline.az "Teamtalk”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” cari mövsümdə məhsuldar çıxışı ilə diqqət çəkən hücumçunun oyununu izləyir. Ancaq 24 yaşlı futbolçu ilə maraqlanan yeganə klub Mançester təmsilçisi deyil. Belə ki, “Nyukasl”ın və “Lids”in skautları UEFA Avropa Liqası çərçivəsində “Dinamo”nun “Sanderlend”lə (2:0) son oyununu tribunadan izləyiblər. Həmin qarşılaşmada Belo da qol vurub.
“Tottenhem” də xorvatiyalı hücumçunun çıxışını diqqətdə saxlayır.
Belo cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 20 oyunda 19 qol vurub və 9 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun bazar dəyərini 15 milyon avro qiymətləndirir.