“Yuventus” və “Napoli” əlcəzairli futbolçu üçün danışıqlara başlayıb

“Mançester Siti”nin müdafiəçisi Rayan Ait-Nuri qış transfer dönəmində komandadan ayrılmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, 25 yaşlı oyunçu ilə İtaliyanın iki klubu – “Yuventus” və “Napoli” maraqlanır. A Seriyasının təmsilçiləri artıq müdafiəçinin nümayəndələri ilə danışıqlara başlayıblar.

Əlcəzairli futbolçu cari mövsümdə bütün turnirlərdə 4 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun bazar dəyərini 35 milyon avro qiymətləndirir.

Ait-Nurinin transferində maraqlı olan “Napoli” UEFA Çempionlar Liqasının 7-ci turunda, yanvarın 20-də “Sabah”ın qonağı olacq.