Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
Belçika yığmasının hücumçusu Romelu Lukaku Türkiyə millisinə qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyununda iştirak etməyəcək.
Sportline.az xəbər verir ki, bu barədə Belçika Futbol Assosiasiyası məlumat yayıb.
33 yaşlı forvard zədə səbəbindən sözügedən matçda meydana çıxmayacaq.
Noyabrın 12-də keçiriləcək Türkiyə – Belçikamatçı saat 21:00-da start götürəcək.