Van Dayk İtaliya klubuna keçə bilər
“Liverpul”un və Niderland millisinin müdafiəçisi Vircil van Dayk karyerasını İtaliyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “Yuventus” 34 yaşlı futbolçunun vəziyyətini yaxından izləyir.
Mümkün transferin reallaşması asan görünmür. Van Dayk azad agent kimi komandaya qoşulsa belə, onun yüksək maaşı, imza bonusu və menecerinə ödəniləcək komissiya “Yuventus” üçün ciddi maliyyə yükü yarada bilər.
“Liverpul” da niderlandlı futbolçu ilə yeni müqavilə imzalamağa hazırdır. Van Dayk 2018-ci ildən Mersisayd təmsilçisində çıxış edir. Onun hazırkı müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.