“Yuventus”un gözü “Atalanta”nın hücumçusundadır
“Atalanta”nın hücumçusu Canluka Skamakka karyerasını İtaliyanın başqa klubunda davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “Yuventus” 27 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Turin təmsilçisinin baş direktoru Covanni Karnevali italiyalı hücumçunun oyun keyfiyyətlərini yüksək qiymətləndirir.
Skamakka 2023-cü ilin avqustundan “Atalanta”da çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 25 milyon avro qiymətləndirir.
Hücumçu cari mövsümdə A Seriyasında keçirdiyi 7 oyunda 1 qol vurub.