“Nottingem Forest”in qapıçısı narazıdır
“Nottingem Forest”in qapıçısı Con Viktor başqa kluba keçmək istədiyini bildirib.
Sportline.az xəbər verir ki, braziliyalı futbolçunun klubdakı rolundan narazı olduğu və mütəmadi oyun praktikası qazanmaq istədiyi qeyd edilir. Buna görə də, o, rəhbərliyə başqa bir kluba keçmək arzusunda olduğunu çatdırıb.
“Nottingem Forest” rəhbərliyi isə uyğun təklif gələcəyi təqdirdə, futbolçunun komandadan ayrılmasına razıdır. Klub qapıçı üçün 5–6 milyon avro civarında təzminat məbləği müəyyən edib.
Viktor 2025-ci ilin yayından bəri İngiltərə klubunun heyətindədir. O, bu müddət ərzində 9 oyunda meydana çıxıb və qapısında 12 qol görüb.