“Mançester Siti”nin müdafiəçisi millidən ayrıldı
İngiltərə millisinin müdafiəçisi Mark Queyi zədə səbəbindən milli komandanın düşərgəsini tərk edib.
Sportline.az xəbər verir ki, “Mançester Siti”nin futbolçusu bazar günü keçirilən oyundan sonra bud nahiyəsində ağrılar hiss edib. Aparılan tibbi müayinədən sonra onun İngiltərə millisinin qarşıdakı oyunlarında iştirak etməyəcəyi müəyyənləşib.
İngiltərə Futbol Assosiasiyasının məlumatına görə, Queyi əvəzləmək üçün “Nyukasl”ın müdafiəçisi Den Börn milliyə dəvət olunub.
İngiltərə yığması Millətlər Liqasında Xorvatiya və İspaniya ilə qarşılaşacaq. Quyehi isə müalicəsini klubunda davam etdirəcək.