Poçettino “Mançester Yunayted”ə gəlir
İngiltərə mətbuatı “Mançester Yunayted”in baş məşqçi postuna Maurisio Poçettinonu gətirmək üçün danışıqları sürətləndirdiyini yazıb.
Sportline.az xəbər verir ki, klubun həmsahibi Cim Retkliffin Maykl Kerrikin vəzifədən göndərilməsinə bu gün qərar verməsi gözlənilir. Bildirilir ki, argentinalı mütəxəssis “qırmızı şeytanlar”a rəhbərlik etməyə müsbət yanaşır.
Hazırda ABŞ millisini çalışdıran Poçettinonun müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. Bu səbəbdən onun təyinatı üçün ABŞ Futbol Federasiyasına təxminən 7,5 milyon funt-sterlinq təzminat ödənilməsi lazım gələcək.
Bununla belə, “Mançester Yunayted” hələlik yekun qərarın verilmədiyini açıqlayıb.