“Barselona”dan ayrılır
"Mançester Yunayted” qış transfer pəncərəsində “Barselona”nın müdafiəçisi Alexandro Baldeni heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik futbolçunun komandadakı gələcəyini sual altına qoyub. Bildirilir ki, 23 yaşlı müdafiəçi cari mövsüm cəmi 5 oyunda 124 dəqiqə meydanda olub və hələ start heyətində yer almayıb.
Hətta son qarşılaşmada Flikin müdafiənin sol cinahında Balde əvəzinə Frenki de Yonqu oynatmaq barədə düşündüyü bildirilib.
Nəşr yazır ki, bu vəziyyət “Mançester Yunayted”in futbolçuya marağını artırıb. İngiltərə təmsilçisi yanvarda sol cinah müdafiəçisi transfer etməyi planlaşdırır.