“İtaliya millisində mənim kumirim, şübhəsiz, Balotellidir"

"Milan”ın gənc istedadı Alfadjo Sisse İtaliya millisindəki ilk dəvətindən danışıb.

Sportline.az xəbər verir ki, 20 yaşlı hücumçu millidəki kumirinin Mario Balotelli olduğunu açıqlayıb. O, “Football Italia”ya açıqlamasında təzyiq altında oynamağı sevdiyini və bunun onu daha yaxşı çıxış etməyə motivasiya etdiyini bildirib:

“İtaliya millisində mənim kumirim, şübhəsiz, Balotellidir. O, həmişə mənim üçün nümunə olub”.

Gənc futbolçu millidə debüt etmək istədiyini, lakin son qərarın baş məşqçi Roberto Mancinidən asılı olduğunu vurğulayıb. Qeyd edək ki, Sisse bu mövsüm klubunda bütün turnirlərdə 8 qol vurub.