“Yuventus”un futbolçusu 25 milyon avroya satıla bilər
"Yuventus”un müdafiəçisi Andrea Kambyazonun qış transfer pəncərəsində komandadan ayrılmaq ehtimalı var.
Sportline.az xəbər verir ki, İtaliya millisinin üzvü cəmi 25 milyon avroya transfer oluna bilər. Daha əvvəl “Mançester Siti”nin maraq dairəsində olan futbolçunun keçidi baş tutmamışdı.
Hazırda “Barselona”, “Mançester Yunayted” və “Liverpul” onun xidmətində maraqlıdır. Kambyazonun mövsümün əvvəlində zədələrlə üzləşməsi də onun transfer qiymətinin aşağı düşməsinə səbəb kimi göstərilir.
26 yaşlı müdafiəçinin yanvarda yeni komandaya keçməsi mümkündür.