Anj-Yoan Bonni zədələnib
"İnter”in futbolçusu Anj-Yoan Bonni zədələnib.
Sportline.az xəbər verir ki, bu barədə İtaliyanın “Sky Sport” nəşri məlumat yayıb. Kot-d’İvuar millisinin hücumçusu sağ budunun əzələsindən zədə alıb. Tibbi müayinədən keçən futbolçunun təxminən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Bonni zədəsinə görə milli komandanın da qarşıdakı oyunlarını buraxacaq. Onun dekabrın ilk yarısında sıraya dönəcəyi ehtimal olunur.