“Çelsi” “Arsenal”ın futbolçusunu istəyir

"Çelsi” “Arsenal”ın yarımmüdafiəçisi Martin Zubimendini transfer etmək niyyətindədir.

Sportline.az xəbər verir ki, London təmsilçisi Enso Fernandesin ayrılmasından sonra yarımmüdafiə xəttini gücləndirmək istəyir. Baş məşqçi Xabi Alonso ispaniyalı futbolçunu bu mövqedə uyğun namizəd hesab edir. 

Bildirilir ki, Zubimendi cari mövsüm “Arsenal”da gözlədiyi qədər oyun vaxtı ala bilmir. 27 yaşlı futbolçu bu mövsüm Premyer Liqada cəmi üç dəfə start heyətində meydana çıxıb. 

“Çelsi” ilə yanaşı, “Real Madrid” və “Atletiko” da yarımmüdafiəçinin vəziyyətini izləyir. Bununla belə, futbolçunun özü yanvarda komandadan ayrılmaq üçün israr etmir.