İngiltərə klubu baş məşqçisini qovdu
“Kristal Pelas” Pyer Saqlə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, London təmsilçisi fransalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 10 Premyer Liqa matçında cəmi iki qələbə qazanıb. Komanda yeddi xalla turnir cədvəlinin sonuncu pilləsinə düşüb.
Klubun açıqlamasında Saq və onun məşqçi heyətinə göstərdikləri xidmətə görə təşəkkür edilib.
47 yaşlı mütəxəssis bu ilin iyununda üçillik müqavilə ilə komandaya gətirilmişdi