"Latsio"da ayrılıq yaşana bilər
“Latsio”nun müdafiəçisi Oliver Provstqard karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, danimarkalı futbolçunun xidmətində İngiltərənin üç klubu – “Mançester Yunayted”, “Liverpul” və “Nyukasl” maraqlıdır. Həmin klublar qış transfer dövründə müdafiəçinin nümayəndələri ilə əlaqə saxlamağı planlaşdırırlar.
23 yaşlı futbolçu bu mövsüm İtaliya çempionatında 10 oyunda meydana çıxıb, 1 qol vurub.