“Arsenal”da yeni müqavilə

İngiltərənin “Arsenal” klubu 10 ildən artıqdır düşərgəsində yer alan qapıçısı Cek Talbotla ilk peşəkar sözləşməyə imza atıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

6-9 yaşlarında həm paytaxt təmsilçisində, həm də “Vest Hem”də oynamış qolkiper 2017-ci ildə “topçular”a qoşulub.

Zədə problemləri ilə mübarizə aparan Talbot ötən həftəsonu Premyer Liqa kubokunda “Sanderlend”ə 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada meydana çıxıb.