Fermin Lopes Lamin Yamal haqqında danışıb
“Sabah”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes, komanda yoldaşı Lamin Yamalın “qızıl top”u qazana bilməməsi ilə bağlı fikirlərini bölüşüb.
Sportline.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunun səbəbini ispaniyalı futbolçunun yaşının az olmasında görür:
“Düşünürəm ki, Yamal bu mükafatı yaşına görə qazanmır. O, hələ çox gəncdir. Ötən il mükafata çox yaxın idi. Bu il isə “Barselona” və İspaniya millisi ilə əldə etdiyi nailiyyətləri nəzərə alsaq, onun uğuruna heç kimin şübhəsi yox idi. Bizim üçün o, ən yaxşısıdır”.
Yamal bu mövsüm bütün turnirlərdə 16 oyuna çıxıb, 13 qol vurub və 12 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı 19 yaşlı futbolçunu 220 milyon avro dəyərində qiymətləndirir və bu, onu dünyanın ən bahalı oyunçusu edir.