"Arsenal" Vinidən əl çəkmir
“Arsenal” “Real”ın hücumçusu Vinisius Junioru heyətinə qatmaq niyyətindədir.
Sportline.az “The Touchline”-a istinadən xəbər verir ki, “topçular” braziliyalı futbolçunun agenti ilə sıx əlaqə saxlayırlar. Vinisiusun özü də İngiltərə çempionunun transfer planlarından xəbərdardır. Bununla belə, onun əsas prioriteti karyerasını Madrid təmsilçisində davam etdirməkdir.
26 yaşlı hücumçu “Real”ın əsas heyətində müntəzəm yer almayacağı təqdirdə, gələn yay komandadan ayrılmaq barədə düşünə bilər. Onun klubu ilə müqaviləsinin müddəti 2032-ci il iyunun sonuna qədərdir və transfer dəyəri 130 milyon avro qiymətləndirilir.
“Arsenal” UEFA Çempionlar Liqasının liqa mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.