"Mançester Yunayted"in hədəfində o var
"Mançester Yunayted” qış transfer pəncərəsində heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.
Sportline.az xəbər verir ki, İngiltərə mətbuatında yayılan xəbərlərə əsasən, “Everton”un futbolçusu Cared Brantueyt mankunianların əsas hədəflərindən biridir.
Klubun 2027-ci ildə müdafiə xəttində ciddi dəyişikliklər etməyi planlaşdırdığı bildirilir. Lisandro Martinesin gələn yay komandadan ayrılmaq istəyində olması da bu mövqeyə yeni oyunçu axtarışını sürətləndirib.
“Mançester Yunayted”in transfer siyahısında Natan Kollinz və Kalvin Bassi də yer alır. Bununla belə, Brantueytlə bağlı klublar arasında razılaşma əldə olunmayıb.