“Neftçi”nin legioneri qələbədə iştirak etdi
“Neftçi”nin futbolçusu Sessi D Almeydanın çıxış etdiyi Benin yığması Afrika Millətlər Kubokunda növbəti oyuna çıxıb.
Sportline.az xəbər verir ki, sözügedən komanda Mərkəzi Afrika ilə üz-üzə gəlib. 5 qolun vurulduğu matç Beninin qələbəsi ilə başa çatıb – 4:1.
Almeyda oyuna start heyətdə başlayıb və 84-cü dəqiqədə, oyunda bütün qollar vurulandan sonra əvəzlənib.
Benin 3 turdan sonra 7 xalla qrup lideridir.