“Milan”dan 50 milyon avroluq hücumçu planı

"Milan” “Brügge”nin hücumçusu Nikolo Tresoldini transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, İtaliyanın “Tuttomercatoweb” nəşri “rossoneri”nin futbolçunu yanvar ayında heyətinə qatmaq niyyətində olduğunu yazıb. Belçika klubunda çıxış edən 22 yaşlı hücumçu Avropanın bir sıra aparıcı komandalarının diqqətini cəlb edib. 

“Milan”ın hücum xəttindəki qol problemini Tresoldinin transferi ilə həll etməyə çalışdığı bildirilir. Futbolçunun hazırkı bazar dəyərinin təxminən 50 milyon avroya yüksəldiyi qeyd olunur. 

Onun “Brügge” ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.