PSJ “Borussiya”nın qapıçısını istəyir
PSJ Almaniyanın “Borussiya” (Dortmund) klubunun qapıçısı Qreqor Kobelə maraq göstərir.
Sportline.az xəbər verir ki, Paris təmsilçisi isveçrəli qolkiperin gələcəyi ilə bağlı bir neçə dəfə sorğu göndərib.
Dortmund rəhbərliyi isə 28 yaşlı qapıçı ilə müqaviləni uzatmaq niyyətindədir. Tərəflərin ilin sonuna qədər yeni anlaşma barədə razılığa gəlməsi hədəflənir.
Kobelin hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. Qapıçı Dortmundda qalmağa açıq olsa da, onun xarici klubların marağına görə qərar verməsi asan olmayacaq.
Qeyd edək ki, “Nyukasl” da ötən yay futbolçuya illik təxminən 13 milyon avroluq müqavilə təklif etmişdi.