“Çelsi”nin futbolçusu ayrılmaq istəyir

"Çelsi”nin müdafiəçisi Malo Qusto qış transfer pəncərəsində komandanı tərk edə bilər.

Sportline.az xəbər verir ki, 23 yaşlı futbolçu London klubundakı gələcəyini nəzərdən keçirir. Fransa millisinin üzvü cari mövsüm Premyer Liqada cəmi üç dəfə start heyətində meydana çıxıb. 

Son iki ayda əsasən ehtiyat oyunçular sırasında qalan müdafiəçinin daha çox oynaya biləcəyi komandaya keçmək istədiyi bildirilir. 

“Çelsi”nin Qusto ilə bağlı mümkün təkliflərə münasibəti hələlik bəlli deyil. Qeyd edək ki, klub yayda futbolçu üçün təxminən 90 milyon avro tələb edirdi.