Qvardiola “Mançester Siti”də yeni vəzifəyə təyin olunub

“Mançester Siti”nin sabiq çalışdırıcısı Pep Qvardiola hazırda baş məşqçi kimi fəaliyyət göstərməsə də, “City Football Group”un qlobal səfiri vəzifəsini icra edir.

Sportline.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.

İspaniyalı mütəxəssis baş məşqçi postundan ayrılmasına baxmayaraq, “Mançester Siti” ilə əlaqələrini qoruyub saxlayır. O, ötən yay “şəhərlilər”dən ayrılıb. Onun boş qalmış postuna Enzo Mareska təyin olunub.

“Mançester Siti” İngiltərə Premyer Liqasında 10 turdan sonra 21 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda lider “Arsenal”dan 6 xal geri qalır.