“Bavariya”nın futbolçusu millini tərk etdi
Fransa millisinin müdafiəçisi Dayot Upamekano yığmanın düşərgəsindən ayrılıb.
Sportline.az xəbər verir ki, “Bavariya”nın futbolçusu şəxsi səbəblərə görə Münhenə qayıdıb. Fransa Futbol Federasiyası bu barədə rəsmi məlumat yayıb.
Upamekano İtaliya ilə qarşılaşmada da start heyətində meydana çıxmışdı.
Onun Türkiyə ilə növbəti oyunda iştirak etməyəcəyi dəqiqləşib.