Yamal İngiltərə ilə oyuna qayıdır
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Lamin Yamalın İngiltərə ilə qarşılaşmada komandaya kömək edə biləcəyini açıqlayıb.
Sportline.az xəbər verir ki, gənc futbolçu dizindəki zədə səbəbindən Çexiya ilə əvvəlki matçı buraxmışdı. De la Fuente onun özünü yaxşı hiss etdiyini və yenidən meydana çıxmaq istədiyini bildirib.
Mikel Oyarsabal da şəxsi səbəblərə görə əvvəlki oyunda iştirak etməyib.
İspaniyalı mütəxəssis hər iki futbolçunun cümə günü komandanın məşqinə qoşulacağını təsdiqləyib.