"Everton"dan yeni həmlə
İngiltərənin “Everton” klubu “Palmeyras”ın hücumçusu Vitor Rokeni transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, İngiltərə təmsilçisinin braziliyalı futbolçuya marağı “Barselona”nın da diqqətini çəkib.
Səbəb Kataloniya klubunun 2025-ci ildə Rokeni “Palmeyras”a satarkən növbəti transferdən pay əldə etmək hüququnu saxlamasıdır.
Məlumata görə, mümkün satışın məbləği 41 milyon avronu keçərsə, “Barselona” transfer gəlirinin 20 faizini əldə edə bilər.
Rokenin meneceri Andre Kuri də futbolçu ilə Avropanın bir neçə klubunun maraqlandığını təsdiqləyib. “Palmeyras”ın isə hücumçusunu ən azı 50 milyon avroya satmaq istədiyi bildirilir.