“Bavariya” Oliseni necə transfer etdiyini açıqladı

“Bavariya”nın idman direktoru Maks Eberl Maykl Olisenin Münhen klubuna transferinin pərdəarxası məqamlarından danışıb.

Sportline.az xəbər verir ki, funksioner klubun üzv jurnalına müsahibəsində fransalı futbolçunun əvvəlki karyerasının transfer qərarına mane olmadığını bildirib.

“Onun İngiltərədəki müxtəlif akademiyalardan keçməsi qeyri-sabit karyera təsiri bağışlaya bilərdi. Ancaq belə çətinliklər futbolçunu formalaşdıra bilər”, – deyə Eberl vurğulayıb.

O, Olisenin transferində həmin vaxt “Kristal Pelas”ı çalışdıran Oliver Qlasnerin də mühüm rol oynadığını söyləyib. Eberlin sözlərinə görə, Qlasner futbolçunun hələ öyrənməli çox şeyi olduğunu desə də, onun komandada qalmasını istədiyini bildirib.

Bu isə “Bavariya” rəhbərliyinə Olisenin London klubunda nə qədər qiymətləndirildiyini göstərib.