Yaponiya Braziliyaya qalib gəldi
Yaponiya millisi yoxlama oyununda Braziliya yığmasını məğlub edib.
Sportline.az xəbər verir ki, bu gün keçirilən qarşılaşma yaponların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 15-ci dəqiqədə Takefusa Kubo açıb. 19-cu dəqiqədə Keyto Nakamura fərqi artırıb. Braziliya millisi Vinisiusun 33-cü və 75-ci dəqiqələrdə vurduğu qollarla tarazlığı bərpa edib.
Lakin görüşün 90+1-ci dəqiqəsində Tatsuhiro Sakamoto Yaponiya yığmasına qələbə qazandıran qolu vurub.
Qeyd edək ki, matçın 90+2-ci dəqiqəsində Braziliya millisinin futbolçusu Rafinya qırmızı vərəqə alıb.