Zidan: “Olisenin hamıdan zəif oynadığını deyə bilmərəm”

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan UEFA Millətlər Liqasının qrup mərhələsində İtaliya ilə səfər oyunundan sonra Maykl Olisenin çıxışını dəyərləndirib.

Sportline.az “RMC Sport”-a xəbər verir ki, fransalı mütəxəssis 1:3 hesablı məğlubiyyətdən sonra Oliseni müdafiə edib:

“Bütün matç ərzində eyni səviyyədə oynamaq çətindir. Olise son iki toplanışda çoxlu qol vurub və özünü əla tərəfdən göstərib. Bu, yaddaşımda qalacaq. Fasilədən sonra onun hamıdan zəif oynadığını deyə bilmərəm. İkinci hissədə bütün komanda əvvəlki səviyyəsindən geri qaldı. Belə oynayanda bu, ayrı-ayrı futbolçuların çıxışına da təsir edir”.

Fransa millisi növbəti oyununu noyabrın 15-də, Türkiyə yığmasına qarşı keçirəcək.