"Qarabağ"ın qapıçısı İsveç millisinə qarşı oynadı

"Qarabağ"ın qapıçısı Martin Zlomişliç Bosniya və Herseqovina yığmasında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının B Liqasının beşinci turunda  səfərdə İsveçlə keçiriln matın satart heyətində yer alıb və sona qədər qapını qoruyub.

Görüş İsveçin 3:2 hesablı qalibiyyəti ilə yekunlaşıb. 

Qeyd edək ki, 5 turdan sonra Bosniya və Herseqovina millisi 8 xalla qrupda ikinci pillədədir.