"Şəfa" "Şahdağ Qusar"a məğlub oldu
"Şəfa" milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə edərək "Şahdağ Qusar"la üz-üzə gəlib.
Sportline.az xəbər verir ki, yoxlama matçı 1-ci liqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, hazırda Misli Premyer Liqasında "Şəfa" 5 xalla 11-ci, "Şahdağ Qusar" isə 1-ci liqada 18 xalla 1-cidir.
Xatırladaq ki, Misli Premyer Liqasının 12-ci turunda "Şəfa" "Qəbələ"ni qəbul edəcək. "Şahdağ Qusar" isə 1-ci liqanın 8-ci turunda "Gncəbasar"la üz-üzə gələcək.