Kosovo və İsrail heç-heçə etdi
UEFA Millətlər Liqasının B Liqasının qrup mərhələsinin 5-ci turunda Kosovo və İsrail milliləri üz-üzə gəlib.
Sportline.az xəbər verir ki, Priştinadakı “Fadil Vokri” stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb - 0:0. Meydan sahiblərinin futbolçusu Veldin Xoca 67-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Bu nəticədən sonra Kosovo 6 xalla qrupda 2-ci, İsrail isə 3 xalla sonuncu - 4-cü pillədə qərarlaşıb.