Azərbaycan milliləri yenə böyük hesabla uduzdu
Azərbaycanın U-17 və U-19 milli komandaları Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarına çıxıblar.
Sportline.az xəbər verir ki, hər iki komanda böyükhesablı məğlubiyyətlə üzləşib.
U-17 seçmə mərhələnin 1-ci raundunda Şimali İrlandiya yığması ilə qarşılaşıb. Almaniyanın Frankfurt şəhərində yerləşən “DFB Kampus”da keçirilən matç rəqiibin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
U-19 millisi isə seçmə mərhələnin 2-ci raundunun 2-ci oyununda Serbiyanın qonağı olub və onlar da 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, U-17 millimiz ilk turda Almaniyaya 0:7, U-19 isə Monteneqroya 2:7 hesabı ilə uduzub. Xalsız olan hər iki millimiz qrupda sonuncudur.