Azərbaycanın U-20 millisi 2 yoldaşlıq oyunu keçirəcək
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsində 2 yoldaşlıq oyunu keçirəcək.
Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumatı yayıb.
Rui Jorjenin komandası hər iki görüşdə İraq yığması ilə qarşılaşacaq. İlk oyun noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da baş tutacaq və saat 19:00-da başlanacaq. Komandalar arasında ikinci matç noyabrın 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Bu qarşılaşma isə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, noyabrın 9-dan Qəbələdə təlim-məşq toplanışında olan U-20 millimiz hazırlığın ikinci mərhələsinə noyabrın 16-dan etibarən Bakıda davam edəcək.