Millətlər Liqasında günün oyunları
Millətlər Liqasında qrup mərhələsinin 6-cı turu davam edir.
Sportline.az xəbər verir ki, bu gün 6 qrupda ümumilikdə 10 matç keçiriləcək.
A Liqasında Almaniya Niderlandı qəbul edəcək. Serbiya isə Yunanıstanın qonağı olacaq.
Azərbaycan millisinin mübarizə apardığı D Liqasının 2-ci qrupunda Litva Lixtenşteynlə üz-üzə gələcək. Yığmamız sözügedən oyununun nəticəsindən asılı olmayaraq, qrupu birinci yerdə başa vurub.
Əlavə edək ki, yeni mövsümdən etibarən Millətlər Liqasında D Liqası ləğv olunacaq. Odur ki, Azərbaycan millisi də daxil olmaqla, bu liqada yarışan bütün komandalar növbəti mövsüm UEFA Millətlər Liqasının yeni formatda keçiriləcək C Liqasında mübarizə aparacaqlar.
A Liqası
Qrup 2
23:45. Almaniya – Niderland
23:45. Yunanıstan – Serbiya

B Liqası
Qrup 1
23:45. Şimali Makedoniya – Sloveniya
23:45. İsveçrə – Şotlandiya

C Liqası
Qrup 3
19:00. Farer adaları – Moldova
19:00. Qazaxıstan – Slovakiya

Qrup 4
21:00. Estoniya – Bolqarıstan
21:00. İslandiya – Lüksemburq

D Liqası
Qrup 1
23:45. Cəbəllütariq – Malta

Qrup 2
21:00. Litva – Lixtenşteyn
