Rişarlison "Kristal Pelas"a keçə bilər
“Tottenhem”in hücumçusu Riçarlison qış transfer dönəmində “Kristal Pelas”a keçə bilər.
Sportline.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Bu transfer Tomas Frank “Kristal Pelas”ın baş məşqçisi təyin olunacağı təqdirdə reallaşa bilər. Hazırda danimarkalı mütəxəssis daha əvvəl Pyer Sajı istefaya göndərən London klubu ilə danışıqların son mərhələsindədir.
“Tottenhem” Riçarlisonu münasib məbləğ qarşılığında buraxmağa hazırdır. Buna səbəb braziliyalı hücumçunun komandanın iştirak ərizəsinə daxil edilməməsi və onun müqaviləsinin müddətinin gələn yay başa çatacağıdır.
“Transfermarkt” portalı 29 yaşlı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.