Oktyabrın ən yaxşı futbolçusu bilindi
İtaliya A Seriyasında oktyabrın ən yaxşı oyunçusu müəyyənləşib.
Sportline.az xəbər verir ki, “Frozinone”də çıxış edən Cakomo Kalo ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Qalib, azarkeşlərin onlayn səsverməsi və fərdi statistik göstəricilər əsasında müəyyən edilib. 29 yaşlı yarımmüdafiəçi Anastasios Duvikas (“Komo”), Qustav İsaksen (“Latsio”), Nikola Krstoviç (“Atalanta”), Skott Maktominey (“Napoli”) və Markus Türamı (“İnter”) geridə qoyub.
Cakomo Kalo oktyabrda A Seriyasında meydana çıxdığı 4 oyunda 3 qol vurub.